BMT-nin mənzil-qərargahındakı bayraqlar yarıya endirilib - FOTO
21
may
2024
23:36
BMT-nin (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında təşkilatın emblemindən ibarət bayraqlar yarıya qədər endirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, qərar bazar günü helikopter qəzasında həlak olan İran Prezidenti, xarici işlər naziri və onların nümayəndə heyətinin xatirəsinə ehtiram əlaməti olaraq verilib.
Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
Qalereya
Oxşar xəbərlər
İran lideri mərhum Rəisinin cənazəsi üzərində dua oxuyacaq
İran lideri Ayətullah Əli Xamenei helikopter qəzasında həlak olan respublika Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin cənazələri üzərində dua mərasimi...