İran lideri mərhum Rəisinin cənazəsi üzərində dua oxuyacaq
21
may
2024
19:36
İran lideri Ayətullah Əli Xamenei helikopter qəzasında həlak olan respublika Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin cənazələri üzərində dua mərasimi keçirəcək.
“Report” xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, mayın 22-də Tehran Universitetində dua mərasimi baş tutacaq.
Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
Oxşar xəbərlər
İranın mərhum prezidenti və digər rəsmi şəxslərin cənazəsi Tehrana gətirildi - FOTO/VİDEO - YENİLƏNİB
Helikopter qəzasında həlak olan İran Prezidenti və digər rəsmi şəxslərin cənazələri Təbriz şəhərindən paytaxt Tehrana aparılıb. Cənazələri daşıyan təyyarə Mehra...