BMT-dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
Yeniliklərdən dərhal xəbərdar olun
“BMT-nin ərazidə (Qarabağda-red) monitorinq missiyası yoxdur. Biz bütün tərəfləri mülki vətəndaşların təhlükəsizliyini və sakitliyini təmin etmək üçün bu günə qədər razılaşdırılmış müqavilələrə hörmət etməyə çağırırıq”.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) sözçüsü Stefan Dujarrik mətbuat konfransında ABŞ nümayəndəsinin Ermənistanın Azərbaycanla sərhədin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində atəşkəs rejiminə riayət etməməsi və atəşkəsi müxtəlif istiqamətlərdə pozmasına beynəlxalq təşkilatın səssiz qalması ilə bağlı sualını cavablandırarkən bildirib.
BMT sözçüsü tərəfləri razılaşdırılmış müqavilələrin şərtlərinə riayət eməyə çağırıb.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...