Blinkendən Ankaradakı terror aktı ilə bağlı bəyanat - FOTO
01
okt
2023
20:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyir.
Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin "X" sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.
"Birləşmiş Ştatlar bu gün Ankarada Türkiyənin Daxili İşlər Nazirliyinə qarşı törədilən hücumu pisləyir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq", - bəyanatda bildirilir.
Blinken əmin edib ki, Birləşmiş Ştatlar "bütün formalarda terroru rədd edir və NATO tərəfdaşı olan Türkiyəni və türk xalqını qəti şəkildə dəstəkləyir".
Oxşar xəbərlər
Antoni Blinken Ukraynaya 1 milyard dollardan çox yeni yardım paketini elan edəcək - YENİLƏNİB
ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 6-da Kiyevə səfəri zamanı ölkəsinin Ukraynaya 1 milyard dollardan çox yeni yardım paketi ayıracağını açıqlayacaq. BA...