Blinken və Hakan Fidan Cənubi Qafqazı müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər telefon danışığı zamanı Suriya, Qəzza, Ukrayna və Cənubi Qafqazı müzakirə ediblər.
Fidan Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hər hansı inkişafa qarşı olduğunu və bu çərçivədə gərginliyin azaldılmasının tərəfdarı olduğunu bildirib. Nazir vurğulayıb ki, Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi proses başa çatdırılmalıdır.
O, Türkiyənin özünə və Suriyanın mülki əhalisinə qarşı terror fəaliyyətinə heç vaxt icazə verməyəcəyinə də diqqət çəkib.
Söhbət zamanı Ukrayna və Cənubi Qafqaz, eləcə də Qəzza zolağı ilə bağlı məsələlər də müzakirə olunub. Nazir Fidan bildirib ki, İsrail Livanda atəşkəsin daimi olmasını təmin etmək üçün verdiyi vədlərə əməl etməlidir. O bildirib ki, Qəzzada tezliklə atəşkəsin yaradılması və bölgəyə humanitar yardımların çatdırılması lazımdır.
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım olunub. BAKU.WS paylaşımı təqdim edir: