Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır - VİDEO

Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır - VİDEO
Foto Video
Siyasət 217

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır.

BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı danışıb.

“Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatının müvafiq bəndinə əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayır.

Birgə Monitorinq Mərkəzində təmsil olunacaq türkiyəli hərbçilər Azərbaycana gəliblər.

Həmçinin qeyd edim ki, Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər də artıq ölkəmizdədir”, – deyə polkovnik V.Dərgahlı bildirib.

Son xəbərlər