Binəli Yıldırım: Azərbaycana soyuq dəysə, biz xəstələnərik
21
sen
2018
14:01
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan parlamentinin 100 illiyi ilə əlaqədar keçirilən bugünkü iclasda çıxış edib. Parlament sədri çıxışı zamanı Azərbaycan dilində danışıb.BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Azərbaycan dilində çıxış edərək bildirib ki, “azadlığımız, gələcəyimiz, əminamanlığımız bir-birinə bağlıdı”.“Birlikdə ağlayar, birlikdə gülərik. Ümidlərimiz, xəyallarımız və ideallarımız eynidir. Eyni dildə danışırıq, fikirlərimiz eyni nöqtələrdə birləşir. Azərbaycanda soyuq olsa, biz üşüyərik. Azərbaycana soyuq dəysə, biz xəstələnərik. Biz əcnəbi dövlətlərin adlarını sayanda Azərbaycanı o kateqoriyaya daxil etmərik. Çünki Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə".Türkiyəli spiker bildirib ki, TBMM-nə İzmirdən deputat seçilib: “İzmir Bakı ilə qardaşlaşmış şəhərdir. Qardaşlıq hüququna dayanaraq mən özümü bakılı kimi hiss edirəm. Həmçinin Azərbaycanı öz vətənim kimi qəbul edirəm”.Türkiyə Böyük Millət Məclisinin sədri çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına öndərlik və rəhbərlik etmiş Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, Azərbaycan dövlətinin istiqlalı və istiqbalı üçün əməyi keçən hər bir kəsə minnətdarlığını bildirib.BAKU.WS
Oxşar xəbərlər
Binəli Yıldırım: "Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edir"
"Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədədir. İstər ikitərəfli əlaqələrdə, istərsə də regional məsələlərdə mövqeyimiz eynidir".BAKU....