Türkiyənin baş naziri: “Kim nə deyir desin, Nizami Gəncəvi türkdür”
14
mar
2018
17:27
Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycanda səfərdədir.BAKU.WS-in məlumatına görə, VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gələn baş nazir Milli Məclisdə parlament sədri Oqtay Əsədovla görüşüb.Binəli Yıldırım bildirib ki, güclü Türkiyə və güclü Azərbaycan bölgənin təhlükəsizliyinin təminatçısı olacaq."Azərbaycanın Dağlıq Qarabağ məsələsi, təəssüf ki, qanayan bir yaradır. Bunun bir zaman düzələcəyinə əminəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır", - deyə B.Yıldırım əlavə edib.Baş nazir eyni zamanda Nizami Gəncəvinin milliyəti ilə bağlı müzakirələrə də son qoyub.“Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür. Nizami Gəncəvi Azərbaycan türküdür və Gəncədə doğulub. Belə bir dahi şəxsin adına beynəlxalq tədbirin təşkil olunmasını alqışlayıram. Ona görə də bu tədbirdə iştirak etmək istədim”, - deyə, baş nazir vurğulayıb.Qeyd edək ki, B.Yıldırım VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Forum Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilir.BAKU.WS
Oxşar xəbərlər
Türkiyənin baş nazir İlham Əliyevə başsağlığı verib
Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib. BAKU.WS-in məlumatına görə, Binəli Yırd...