Binəli Yıldırıma hansı vəzifə veriləcək? - Çankaya Köşkündən köçür
08
iyl
2019
11:24
Türkiyənin sabiq Baş naziri və parlamentin sabiq sədri Binəli Yıldırım Çankaya köşkündən köçməyə hazırlaşır.BAKU.WS Haberler.com-a istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə seçkilərdə Əkrəm İmamoğluna məğlub olan Yıldırım artıq Ankaraya qayıdıb.Onun ilk işinin Çankaya köşkündən köçəcəyi və Dikmən səmtində özünə aid bir evdə yaşayacağı bildirilir.Bu arada, Yıldırımın bundan sonra hansı vəzifədə çalışacağı da əsas müzakirə mövzularından birinə çevrilib. Uzun illərdir iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) ən etibarlı kadrlarından biri olan Yıldırımın nazir, Prezident köməkçisi postuna və ya AKP-də yüksək vəzifəyə gətiriləcəyi iddia edilir.Fərid ƏDALƏT
Oxşar xəbərlər
İmamoğlu sabah vəzifəsinin icrasına başlayacaq
Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni sədri Əkrəm İmamoğlu iyunun 27-də vəzifəsinin icrasına başlayacaq.Türkiyənin NTV telekanalının məlumatına gö...