İmamoğlu sabah vəzifəsinin icrasına başlayacaq
26
iyn
2019
21:43
Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni sədri Əkrəm İmamoğlu iyunun 27-də vəzifəsinin icrasına başlayacaq.Türkiyənin NTV telekanalının məlumatına görə, o, səlahiyyətləri sabah yerli vaxtla saat 18.30-da təhvil alacaq.Bəs onun seçkilərdəki əsas rəqibi-hakim Ədalət və İnkişaf Partiyasından İstanbul bələdiyyə sədri vəzifəsinə namizəd olmuş Binəli Yıldırım bundan sonra nə ilə məşğul olacaq?“Habertürk”ün məlumatına görə, B.Yıldırım təkrar bələdiyyə seçkilərinin nəticələri barədə danışarkən bildirib ki, deyiləsi bir şey yoxdur, nəticə ortadadır. O, bundan sonra hansı vəzifədə çalışacağına da aydınlıq gətirib: “Adi millət vəkiliyəm. Əsl işimizə qayıtdıq”.Xatırladaq ki, təkrar seçkilərdə Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Əkrəm İmamoğlu 4 741 868 səs toplayaraq qalib gəlib. Binəli Yıldırım isə 3 935 453 səs qazanıb.
Oxşar xəbərlər
Ərdoğan və Binəli Yıldırım Əkrəm İmamoğlunu təbrik etdi
İyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar səsvermə ilə bağlı ilkin nəticələrə əsasən namizəd Əkrəm İmamoğlu səsvermədə işti...