Bərpa olunan enerji mənbələrinə dair Komissiyanın tərkibi genişləndirildi - SƏRƏNCAM
Yeniliklərdən dərhal xəbərdar olun
“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli sərəncamında dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı layihələrin (bundan sonra – layihələr) həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvlərinin sayı artırılıb.
Belə ki, Komissiyaya kənd təsərrüfatı nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini və Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri daxil edilib. Bununla da, Komissiyanın üzvlərinin sayı 9-dan 12-yə çatdırılıb.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...