Berdiməhəmmədov: Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır
Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşləri (C5+1) formatına qoşulması Asiya və Avropadakı tərəfdaşlarla geniş əməkdaşlıq perspektivləri açır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşünün açılışında bildirib.
S.Berdiməhəmmədov Azərbaycanın bu formata qoşulmasını, o cümlədən iqtisadi perspektivlər baxımından ən mühüm nəticə adlandırıb.
O, həmçinin Mərkəzi Asiya və Azərbaycanın regional və qlobal proseslərdə artan əhəmiyyətini vurğulayıb:
"Hazırda Mərkəzi Asiya və Azərbaycanın inkişafın ən mühüm logistika, enerji mərkəzləri kimi regional və qlobal proseslərdə rolu durmadan artır".
Oxşar xəbərlər
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib. BAKU.WS xəbər verir ki, dövlət başçısı İlha...