Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək
22
yan
2025
19:47
70 saylı Neftçala seçki dairəsində yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində ilk dəfə 926 nəfər səs verəcək.
Bu barədə "Report"un Aran bürosuna Dairə Seçki Komissiyasının sədri Ülvi Məmmədzadə məlumat verib.
O bildirib ki, həmin gün 18 yaşı tamam olan 2 seçici də ilk dəfə səsvermə hüququndan istifadə edəcək.
Qeyd edək ki, 70 saylı Neftçala DSK-nın əhatə etdiyi ərazidə 48 seçki məntəqəsi yaradılıb, 51 min 478 seçicinin seçkilərdə iştirakı gözlənilir.
Dairədə 7 bələdiyyə uğrunda qeydiyyata alınmış 169 namizəd mübarizə aparacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva Ramazan bayramı münasibəti ilə paylaşım edib
Leyla Əliyeva Ramazan bayramı münasibəti ilə rəsmi rəsmi "Instagram" hesabında paylaşım edib. BAKU.WS paylaşımı təqdim edir: