Belarusda nümayişçilərin qarşısı alınır - İnternet və beynəlxalq zənglər dayandırıldı - VİDEO

Belarusda nümayişçilərin qarşısı alınır - İnternet və beynəlxalq zənglər dayandırıldı - VİDEO
Video
Siyasət 430

Belarusda prezident seçkilərindən sonra başlayan etiraz aksiyaları avqustun 11-dən 12-nə keçən gecə də davam edib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, seçkilərin nəticələrinə etiraz edən narazı kütlə 25 yaşayış məntəqəsi, paytaxt və bir sıra iri şəhərlərdə ictimai nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Bundan sonra Belarusun hüquq-mühafizə orqanları ilə etirazçılar arasında toqquşmalar qeydə alınıb.

Son sutka ərzində min nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Ümumilikdə isə 3 min nümayişçi polis bölmələrinə aparılıb.

Paytaxt Minsk və digər şəhərlərdəki etirazların dağıdılması və nümayişçilər arasında rabitənin olmaması üçün 3 gündür internetin kəsildiyi və beynəlxalq zənglərə qadağa qoyulduğu bildirilir.

Hakimiyyət Minskdəki iğtişaşlar nəticəsində dəyən ziyanı 500 min Belarus rublu dəyərində qiymətləndirib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, dünən gecə 51 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Belarusda polis əməkdaşlarına hücum faktları ilə bağlı 17 cinayət işi açılıb.

Son xəbərlər