Belarusun müxalif lideri ölkəni tərk etdi - Aksiyalarda bir nəfər ölüb - FOTO

Belarusun müxalif lideri ölkəni tərk etdi - Aksiyalarda bir nəfər ölüb - FOTO
Foto
Siyasət 712

Bazar günü Belarusda keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb. Ölkənin Mərkəzi Seçki Komissiyası açıqlayıb ki, 26 ildir respublikanı idarə edən indiki prezident Aleksandr Lukaşenko 80,08%, onun əsas rəqibi müxalif lider Svetlana Tixanovskaya isə 10,09% səs toplayıb.

BAKU.WS xəbər verir ki, seçkilərin nəticələrini tanımadığını bəyan edən Tixanovskaya ölkəni tərk edib.

Prezidentliyə namizəd Belarusdan birbaşa Litvaya yollanıb. Bunu Baltikyanı ölkənin xarici işlər naziri Linas Linkeviçus öz Twitter hesabında yazıb.

Qeyd edək ki, prezident seçkilərindən sonra başda paytaxt Minsk şəhəri olmaqla, ölkənin bir çox şəhərlərində etiraz aksiyaları keçirilib. Minskdə polislə narazı kütlə arasında şiddətli toqquşmalar qeydə alınıb.

Belə ki, asayişi qoruyan polis əməkdaşları gözyaşardıcı qaz, rezin güllələr və su şırnaqlarını işə salıblar. Bu günə kimi aksiyalarda 3 min belaruslunun həbs olunduğu, toqquşmalarda bir gəncin həyatını itirdiyi bildirilir.

Son xəbərlər