Rusiya, Belarus, İspaniya vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Rusiya, Belarus, İspaniya və digər ölkələrin vətəndaşları kiçik qruplar şəklində "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təxliyə olunanlar arasında Rusiya vətəndaşları üstünlük təşkil edir.
Bu gün axşama doğru intensivlik müşahidə olunur. Qeyd edək ki, təxliyə edilənlər ölkələrinə qayıtmaları üçün avtobuslarla hava limanına aparılır. Hazırda keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə faəliyyət göstərərək İrandan təxliyə olunan əcnəbiləri qəbul edir.
Xatırladaq ki, daha əvvəl Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunub.
***19:36
Bir qrup Belarus Respublikası vətəndaşlarının Azərbaycan Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən keçidi başlayıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, qrup üzvləri arasında azyaşlılar da var.
Qeyd edək ki, gün ərzində Azərbaycan dövləti vasitəsilə öz ölkələrinə getmək istəyənlərin təxliyəsi davam edir.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum g...