Bayden və Putin arasında görüş başladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında videobağlantı vasitəsilə görüş başlayıb.
BAKU.WS RIA agentliyinə istinadən xəbər verir ki, Putin Baydeni təbəssümlə salamlayıb, Bayden isə öz növbəsində Putini gördüyünə şad olduğunu bildirib və üz-üzə görüşə bilmədiyi üçün təəssüfləndiyini də əlavə edib.
Hər iki liderin bir çox mövzulara toxunacağı görüşdə əsas məsələ Rusiyanın Ukrayna aqresiyası, NATO-nun Avropanın Şərq istiqamətində sərhədlərini genişləndirməsindən Rusiyanın narazılıqları və təhlükəsizliklə bağlı olacaq.
Hazırda Bayden və Putinin təkbətək görüşü keçirilir.
Oxşar xəbərlər
Ərdoğan və Bayden arasında təkbətək görüş başa çatdı - YENİLƏNİB/ FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden arasında NATO zirvə görüşü çərçivəsində baş tutan təkbətək görüşü başa çatıb. BAKU.WS "Anado...