Bayden: “Qərb Çinlə uzun və ağır rəqabətə hazırlaşmalıdır”
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti tarixdə ilk dəfə Münhen Təhlükəsizlik Konfransına qatılıb və tədbir çərçivəsində çıxış edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, builki konfrans həm də tədbirin onlayn formatda keçirilməsilə əlamətdar olub.
Konfransda geniş nitq söyləyən ABŞ dövlət başçısı Co Bayden Qərb ölkələrinin Çinlə uzun və ağır rəqabətə hazırlaşmalı olduğunu bəyan edib.
O bildirib ki, Rusiya ABŞ-la Avropanın “arasını vurmağa”, NATO-nu zəiflətməyə çalışır. Lakin ABŞ-ın yeni administrasiyası buna yol verməyəcək və əksinə, Qərb ölkələri blokunun, Avroatlantik əlaqələrin daha da möhkəmlənməsi üçün var gücü ilə çalışacaq.
Çıxışında pandemiya məsələsinə də toxunan Bayden bu sahədə bütün dünya ölkələrinin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”
Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında ardıcıl üç gündür ki, şiddətli döyüşlər davam edir. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin hərbçiləri...