Baş nazir Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlharti ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə COP29 çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin dünyada dinlərarası dialoqun və körpülərin qurulmasına xidmət etdiyi diqqətə çatdırılıb.
Yaşıl gündəliyin təşviqi və iqlim dəyişiklikləri ilə mübarizə, həmçinin dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı Azərbaycanın ardıcıl səyləri barədə söhbət açılıb.
Z.Əlharti KAICIID tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.
Görüşdə Azərbaycanın təsisatları ilə KAICIID arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
İlham Əliyev San-Marinonun regent kapitanlarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev San-Marinonun Regent Kapitanları Denize Bronzettiyə və İtalo Riqiyə təbrik məktub ünvanlayıb. BAKU.WS xəbər verir ki, mətndə...
