Bakıda Rumıniyanın Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir
Bakıda Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birliyinin 106 illiyi ilə bağlı qəbul keçirilir.
"Report" xəbər verir ki, Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, fəxri qonaq qismində xarici işlər nazirinin müavini Samir Şərifov, ümumi qonaqlar arasında isə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andeeva daxil olmaqla Azərbaycan akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, deputatlar iştirak edirlər.
Oxşar xəbərlər
Konqres binasında azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirilir
ABŞ-nin paytaxtı Vaşinqton şəhərində, Konqres binasında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartl...