Bakıda hərbiçilərin Zəfər yürüşü BAŞLADI
Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbçilərin hərbi orkestrin müşayiəti ilə zəfər yürüşü keçirilir.
BAKU.WS xəbər verir ki, yürüş Ulu Öndər Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca hərbi orkestrlərin sədaları altında yürüşə start verilib.
Yürüş iştirakçıları "Müzəffər Ali Baş Komandan!", "Zəfərin mübarək, Azərbaycan!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ Azərbaycandır!" kimi şüarlar səsləndirirlər.
Zəfər yürüşü Qəzənfər Musabəyov parkından başlayaraq Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti və Parlament prospekti istiqamətində hərəkət edir, sonda Şəhidlər xiyabanında başa çatır.
Bununla yanaşı, paytaxtın digər ərazilərində də yürüşlər təşkil olunub. Şəhidlər xiyabanı – "Alov Qüllələri" – "İçərişəhər" – Qala Qapısı – Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli, həmçinin "Olimpik Star" – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti marşrutları üzrə də hərbçilərin addımları səslənir.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə təsis olunub.
Qalereya
Oxşar xəbərlər
Eldar Əzizov irad bildirmişdi: Vəzifəsindən azad olundu
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Fəqan Məlikov vəzifəsindən azad olunub. BAKU.WS "Yeni Sabah"a...