Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilir
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.
Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi.
***09:12
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, qonaqlar tədbirin keçirildiyi Bakı Stadionuna gəlir, onları Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş qarşılayır.
Qeyd edək ki, Liderlər Sammiti iki gün davam edəcək.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.
Qalereya
Oxşar xəbərlər
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Azərbaycan çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqləyir. BAKU.WS xəbər verir ki, bu fikirlər...