Bakıda Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək
Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Azərbaycan Prezidenti iclasın gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələr arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirib.
Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlət başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunub.
Oxşar xəbərlər
İranın sensasiyalı qisas planı: Hadisələr ətraf ölkələrə necə təsir edəcək?
"Biz bu hərbi əməliyyatların ən qısa müddətdə başa çatacağını və gəmilərin səyahətlərinə davam edib, yenidən Hörmüz boğazından təhlükəsiz şəkildə keçə biləcəyin...