Azərbaycanın da almaq istədiyi türk silahına böyük tələb
Azərbaycanın da almaq istədiyi, türk mühəndislər tərəfindən hazırlanan "G-3 kimi təsirili, "Kalaşnikov" kimi etibarlı, "M-16" kimi praktik" adlandırılan milli piyada avtomatı MPT-76-nın Türk Silahlı Qüvvələrinə (TSK) təslimatı davam edir.
BAKU.WS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, MPT-76-nın kütləvi istehsalı may ayından start götürüb. Silah Maşın və Kimya Sənayesi Qurumunun (MKEK) Kırıkkalədəki fabrikində istehsal edilir.
Müdafiə sənayesi müşaviri İsmail Demir Konyada silah barədə açıqlama verib. O, kütləvi istehsalın davam etdiyini deyib. İ.Demirin sözlərinə görə, məqsəd tələbə görə istehsalla bağlı tenderlər keçirmək, razılaşmalara riayət etmək və məhsulu razılaşdırılan zamanda təslim etməkdir.
Tamamilə yerli qüvvələrin imkanları ilə istehsal edilən MPT-76 50-dən çox testi uğurla keçən dünyadakı tək silah olaraq Türkiyənin qüruru hesab edilir. avtomat 4 kq 180 qram çəkidə, 600 metr atış mənzillidir və dəqiqədə 700 mərmi atış sayına malikdir.
Qeyd edək ki, Azərbaycanda hərbi arsenalını bu silahla zənginləşdirmək istəyənlərdəndir. MKEK silah fabrikinin istehsal rəisi Mehmet Demirel Tekirdağda bu ilin martında keçirilən sərgidə bu barədə məlumat verib: "MPT-76-ya tələb çoxdur. Ən böyük tələb ABŞ-dandır. Bununla yanaşı Azərbaycan kimi ordusunu bu silahla təhciz etmək istəyən bir çox ölkə var. Bunlardan biri də Çilidir".
İlyas Quliyev
BAKU.WS
Oxşar xəbərlər
Braziliyanın tank əleyhinə yeni silahı Azərbaycan ordusunda (VİDEO)
Braziliyanın GESPİ müdafiə sənayesi şirkəti özünün yeni istehsal etdiyi orta mənzilli tank əleyhinə silah sistemini Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə...