Azərbaycanlılar Zəhraya görə hərəkətə keçdi
Bu gün "Stop аrmenian aggression” adlı petisiyaya başlanılıb.
BAKU.WS-in məlumatına görə, Əməkdar müəllim və ictimai fəal Almaz Həsrət "Ermənilər balaca qızı öldürdü” adlı petisiya yaradıb.
Bir neçə dəqiqə əvvəl yaranan petisiyaya artıq 500-ə yaxın adam qatılıb. Petisiyada iştirak üçün change.org saytına daxil olaraq, qeydiyyatdan keçmək lazımdır.
Qeyd edək ki, ötən axşam Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Bu da erməni vandalizminin növbəti nümunəsi. Düşmən artıq bizi hərbi və mülki şəxs deyə ayırmır. Hədəfdə uşaq olsa belə, öldürməkdən çəkinmir.
Tuncay
BAKU.WS
Oxşar xəbərlər
2 yaşlı Zəhranın ölümü barədə ürək dağlayan sözlər: "Gəlin ağlayırdı ki, balam öldü" (VİDEO)
2 yaşlı Zəhra və nənəsinin ölümü ilə bağlı hadisə şahidi danışıb. BAKU.WS-in məlumatına gprə, hadisə şahidi Füzuli rayonu Alxanlı kənd sakini Cəmilə Nəcəfova...