Azərbaycanlı milyarder eks həyat yoldaşından İnterpola şikayət edib

Azərbaycanlı milyarder eks həyat yoldaşından İnterpola şikayət edib
Siyasət 1254
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov biznesmen və sabiq həyat yoldaşı Tatyana arasında mülkiyyətin bölünməsinə dair mübahisələrin həll edilməsi üçün İnterpola müraciət edib.BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri yazıb.Qeyd edək ki, 2016-cı ildə London Ali Məhkəməsi F.Əhmədovu Britaniya vətəndaşı olan T.Əhmədovaya, təxminən 600 milyon ABŞ dolları həcmində ödəniş aparmağa məcbur edən qərar verib. Rusiyalı iş adamı bu vaxt ərzində məhkəmənin qərarına etiraz etməyə çalışır və Tatyana ilə nikahlarının hələ 2000-ci ildə, yəni onun Britaniya vətəndaşlığı almasından əvvəl pozulduğunu iddia edir. Məhkəmə öz növbəsində boşanma sənədlərinin saxta olduğuna qərar verib.F.Əhmədovun vəkilləri İnterpolun Rusiya bölməsinə müraciət etmək qərarına gəliblər və orada onların nikahlarının Moskva məhkəməsinin qərarı ilə həqiqətən ləğv olunduğu təsdiq edilib.Bundan əlavə, qurumdan bildiriblər ki, F.Əhmədovun aktivlərinin qanunsuz həbsinə dair bəyanatı üzrə araşdırma aparılır. İş adamı iddia edir ki, bu sabiq həyat yoldaşının törətdiyi fırıldaqçılıq nəticəsində baş verib.BAKU.WS

Son xəbərlər