Azərbaycanlı icra başçısı Dərbənddə həbs edildi

12
apr
2019
08:05
Moskvanın Basman məhkəməsi Dərbənd rayonunun icra başçısı, azərbaycanlı Məhəmməd Cəlilovun həbsinə sanksiya verib. ONA RİA Novosti-yə istinadən xəbər verir ki, həbs olunan şəxs pul yeyintisi ilə bağlı 3 fakt üzrə şübhəli bilinir. İstintaq məlumatlarına əsasən, Cəlilov 2015-ci ildə vəzifəsindən sui-istifadə edərək “Qafqaz” federal trası ətrafında ümumi sahəsi 3 hektar olan üç torpaq sahəsini öz qohumlarına pulsuz verib.Torpağ sahəsi ümumilikdə 20 milyon rubl dəyərində qiymətləndirilir. Cinayət işi çərçivəsində Cəlilovun yaşadığı ünvanda və Dərbənd administrasiyasında yoxlamalar keçirilib.Yoxlamalardan sonra Cəlilov xüsusi reyslə Moskvaya aparılıb. Qeyd edək ki, Məhəmməd Cəlilov keçən ilin martında da həbs olunub, lakin o zaman onun əməllərində cinayət tərkibi tapılmayıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı icra başçısı həbs olunub
Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov həbs olunub.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Rustavi məhkəməsi qərar qəbul edib.T...
