Azərbaycan Ermənistandan gələn təyyarəni öz hava məkanına buraxmadı (AUDİO)

Azərbaycan Ermənistandan gələn təyyarəni öz hava məkanına buraxmadı (AUDİO)
Siyasət 952

Noyabrın 15-də Rusiyanın Hərbi kosmik qüvvələrinin An-124 "Ruslan” ağır nəqliyyat təyyarəsi Ermənistanın Gümrü aerodromundan havaya qalxıb, çox güman ki, o, Rusiyaya uçurdu. BAKU.WS-in haqqın.az saytına istinadən verdiyi məlumata görə, təyyarə havaya qalxdıqdan bir müddət sonra geri dönməli olub, belə ki, Azərbaycan təyyarəyə öz hava məkanına daxil olmağı qadağan edib. Bu barədə məlumat aviasiya bloqu mil_avia-da yerləşdirilib. Bloqun dərc etdiyi materiala təyyarənin pilotunun Gümrü aeroportunun dispetçeri ilə radio-danışığının yazısı da əlavə edilib. Xatırladaq ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir.  Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

İstanbuldan gələn təyyarə Azərbaycanda eniş edə bilməyib

İstanbuldan gələn təyyarə Azərbaycanda eniş edə bilməyib

Türk hava yollarına (THY) məxsus İstanbul-Gəncə reysi həyata keçirən təyyarə Gəncə hava limanına eniş edə bilməyib. BAKU.WS-in Kapaz TV-yə istinadən məlumatına...

2169 Sosial 12:42 09 noyabr 2015

Son xəbərlər