Azərbaycan-Britaniya hərbi əməkdaşlıq planı imzalanıb
17
fev
2018
14:23
London şəhərində Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, tədbirdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda NATO-nun təlim kursu keçirilir
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO arasında 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində fevralın 12-dən Bakıda “T...