“Azərişıq” "Laçın dəhlizi"ndə infrastruktur qurur - VİDEO

“Azərişıq” Laçın dəhlizində infrastruktur qurur - VİDEO
Video
Siyasət 81

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərə elektrik enerjisi şəbəkəsi çəkilməsi ilə əlaqədar olaraq işlər görür.

BAKU.WS Report-a istinadən xəbər verir ki, videogörüntülərə görə, qurum “Laçın dəhlizi”ndə bastırılacaq dayaqları üçün yol yatağını hazırlayır.

Hazırda görülən işlər Laçının Minkənd və digər kəndlərini elektrik enerjisi ilə təmin edəcək elektrik enerjisi şəbəkəsinin çəkilişi üçün həyata keçirilir.

Qeyd edək ki, təchizat işləri “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.

Son xəbərlər