"Azəriqaz": İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması işlərinə başlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
“İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması ilə bağlı ümumi plan var. Yəni dövlətin ümumi proqramı var. Biz də o proqramda iştirak edəcəyik”.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev “Report”a açıqlamasında deyib ki, ilkin olaraq layihə işlərinə başlanılıb.
Onun sözlərinə görə, burada "Azəriqaz" daxili qaz şəbəkəsinin, paylayıcı sistemin yaradılması ilə məşğuldu. Oraya magistral qaz kəməri də çəkilməlidir. Hazırda layihə axtarış işləri gedir: “Amma konkret hansısa bir işə başlanma vaxtını, müddətini dəqiq deyə bilmərəm”.
“İlkin olaraq Araz boyunca magistral xəttin çəkilməsi nəzərdə tutulur və oradan da yuxarı rayonlara, Dağlıq Qarabağa doğru paylanması həyata keçiriləcək. Hazırda mövcud olan boru xətləri inventarlaşdırılıb, bununla bağlı xüsusi komissiyalar yaradılıb, bizim də 6 nəfər əməkdaşımız o komissiyalara daxildi.
Qazın çəkilişi üçün magistral xətt olmalıdır, tələbat müəyyənləşdirilməlidi, hansı ərazidə sənaye sahələri olacaq, hansı ərazidə daha çox əhali olacaq, bunları bilmədən layihəyə başlanması ilə bağlı dəqiq heç nə deyə bilmərəm”, - deyə qurumun baş direktoru deyib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...