Azərbaycanlı mühəndislərin hazırladığı KASIRGA PUA-sı ilk dəfə "ADEX 2026"da nümayiş olunur
30
sen
2026
16:32
Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" PUA-sı ilk dəfə Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunur.
BAKU.WS report-a istinadən xəbər verir ki, pilotsuz uçuş aparatı "Bayraktar Teknoloji Azərbaycan" MMC tərəfindən hazırlanıb.
80 kilometrdən artıq rabitə məsafəsinə malik olan platforma "Bayraktar TB2", "Bayraktar TB3" və ya "AKINCI" PUA-ları üzərindən rabitə retranslyatoru imkanından istifadə etməklə əməliyyatlar həyata keçirə bilir.
Oxşar xəbərlər
"Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı
Azərbaycanın paytaxtı Bakı şəhərində 6-cı Beynəlxalq Müdafiə Sərgisi (ADEX) öz işinə başlayıb. Tədbirin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı il...