Azərbaycanlı ailə 28 il sonra doğma yurdunda çay içdi - VİDEO
11
apr
2021
10:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı ailə 28 il sonra işğaldan azad edilmiş yurduna gedib və öz həyətlərində çay içib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı görüntüləri Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşıb.
“Bunu izləmək çox ağrılıdır. Məcburi şəkildə didərgin salınmış Azərbaycan ailəsi 28 il sonra kəndlərinə qayıdır və evlərinin xarabalıqlarında çay içirlər”.
Baş konsul əlavə edib ki, 30 illik erməni işğalı zamanı 800 min azərbaycanlının, demək olar, hamısının evləri talan edilib və dağıdılıb.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...