Azərbaycanla Türkiyə arasında viza ləğv edildi
25
iyl
2019
14:04
Azərbaycanla Türkiyə arasında viza ləğv edilib. BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yayıb.O bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər.M.Çavuşoğlu bu gün Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüb.Bununla bağlı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında məlumat yayıb.“Cənab Prezident İlham Əliyevin cənab Prezidentimizə keçən həftə çatdırdığı kimi, sentyabrın 1-dən Azərbaycan türk vətəndaşlarına vizanı ləğv edir. “Bir millət, iki dövlət”ə yaraşan oldu”, - nazir qeyd edib.Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələr - SİYAHI
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin siyahısı yenilənib.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, "Henley&Partners" şirkətinin reytinqinə...