Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli saxlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, sabiq birinci katib xırda xuliqanlıqda, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yetirməməkdə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda şübhəli bilinib.
R. Şahhüseynli Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Barəsində 3 maddə üzrə protokollar tərtib olunub və baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Protokolda polis onun 2 ay müddətinə həbs edilməsini istəyib.
Sumqayıt Şəhər Məhkəməsində Rəhman Şahhüseynli barəsində xırda xuliqanlıqla bağlı bəraət verilib, digər iki əmələ görə isə 500 manat cərimə edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Faktı Rəhman Şahhüseynlinin vəkili Könül Cəfərli təsdiqləyib.
Qeyd edək ki, Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və "diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi" üçün diplomatik fəaliyyətinə xitam verilib.
Oxşar xəbərlər
Paşinyanın "Qarabağ kartı": Ermənistanın baş naziri rəqiblərini tarixin arxivinə göndərir
Ermənistanda daxili siyasi gərginlik pik həddinə çatıb. Baş nazir Nikol Paşinyan hökumətinin Azərbaycanın müəllifi olduğu sülh gündəliyinə uyğun davranması qon...