Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinin aylıq təmsilçilik xərci müəyyənləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinin aylıq təmsilçilik xərci müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” sərəncamlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələrinə əməkhaqlarının 15 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən edilib.
Sərəncam 2023-cü il yanvarın 1-dən tətbiq edilib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...