Azərbaycanın dövlət borcu açıqlanıb
22
iyl
2025
13:57
Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 695,6 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,9 %-i qədər olub.
BAKU.WS Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin iyulun 1-i ilə müqayisədə 0,004 % azdır.
Dövlət borcunun 5 milyard 010,7 milyon ABŞ dolları və yaxud 8 milyard 518,2 milyon manatı xarici (ÜDM-in 6,6 %-i qədər), 17 milyard 177,4 milyon manatı isə daxili (ÜDM-in 13,1 %-i qədər) dövlət borcları təşkil edir. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 6,6 % az və 3,7 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi Vaşinqton görüşündən bir il ötür
Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın tarixi əhəmiyyət daşıyan 2025-ci il 8 avqust görüşün...