Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Xocalıda törədilən qətliam beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qınanıb və insanlıq əleyhinə cinayət, soyqırımı aktı kimi dəyərləndirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin "X"dəki hesabında qeyd olunub.
Bildirilib ki, məsuliyyət qaçılmazdır. Azərbaycan ədalətin bərqərar edilməsi, regionda sülh və sabitliyin qurulması, möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək.
Qeyd edək ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin yaydığı pres-relizdə Ermənistanın törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.
The slaughter committed in Khojaly has been condemned internationally as an egregious violation of international law, amounting to a crime against humanity or an act of genocide. Accountability is undeniable and must be an inevitable consequence of the offences committed.… pic.twitter.com/6tPY34sx4h
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) February 26, 2026
Oxşar xəbərlər
İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocalı Soyqırımı Memorialının açılışında iştirakı ilə bağlı video paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocalı Soyqırımı Memorialının açılışında iştirakı ilə bağlı video paylaşılıb. BAKU.WS payl...