Azərbaycanın Baş naziri rusiyalı həmkarına başsağlığı verib

Azərbaycanın Baş naziri rusiyalı həmkarına başsağlığı verib
Siyasət 83

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəli şəkildə həlak olması xəbərindən kədərləndiyini bildirib, Rusiya Hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Son xəbərlər