Azərbaycan və Gürcüstan parlamentinin sədrləri arasında telefon danışığı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze və Mili Məclisin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.
BAKU.WS-in məlumatına görə, parlament sədrləri Gürcüstan və Azərbaycanda qlobal pandemiya kontekstində həyata keçirilən təbdirlər, ictimai sağlamlıq və iqtisadi məsələləri müzakirə ediblər.
Söhbət zamanı parlamentlərin fəaliyyəti və COVID-19 virus infeksiyasına qarşı mübarizədə qanunverici orqanların iştirakı məsələsinə də toxunulub.
A.Talakvadze azərbaycanlı həmkarına dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycana koronavirusla mübarizənin uğurla başa çatdırmağı arzulayıb.
Oxşar xəbərlər
Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır
Çinin Azərbaycandakı səfiri Guo Min yeni növ koronavirus pnevmaniyası ilə bağlı Azərbaycanın əsas media nümayəndələrinə birgə yazılı müsahibə verib. BAKU.WS müs...