Azərbaycan sərhədçiləri halı pisləşən erməniəsilli ailənin övladına yardım göstəriblər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları halı pisləşən erməniəsilli ailənin övladına yardım göstəriblər.
BAKU.WS xəbər verir ki, bu barədə report-un Laçına ezam olunmuş müxbiri bildirib.
Belə ki, Azərbaycan sərhədçiləri qəflətən halı pisləşən uşağa ilkin tibbi yardım göstərib, ona su və şirniyyat veriblər.
Erməniəsilli ailə üç gündür yolda olduqlarını söyləyib: "Sağ olsunlar ki, azərbaycanlılar bizə yardım etdilər, su verdilər. Araik Arutyunyan kimilər və onun ətrafı güllələnməlidir. Lənətə gəlsin bu rejimi. Bizi məcbur evimizdən çıxardılar. Niyə də geri qayıtmaq olmasın, əlbəttə, istəyərdik. Biz sizdən eşidirik ki, geri qayıtmaq olar. Azərbaycan tərəfinin heç bir təzyiqini görmədik. Azərbaycanlılar qardaşdır. Türklər mərddirlər".
Qalereya
Oxşar xəbərlər
Azərbaycan polisi və tibb işçiləri Qarabağın erməniəsilli sakinlərinə köməklik göstəriblər - FOTO
Azərbaycan polisi və tibb işçiləri Qarabağın erməniəsilli sakinlərinə köməklik göstəriblər. Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir. Belə...
