Azərbaycan səfiri Kolumbiya Prezidenti ilə ikitərəfli əlaqələri müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Latın Amerikası ölkələrindəki səfiri Məmməd Talıbov Kolumbiyanın yeni seçilmiş Prezidenti Qustavo Petro ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, səfir bu barədə tviter hesabında bildirib.
M.Talıbov qeyd edib ki, Kolumbiya Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını çatdırıb.
“Biz ikitərəfli münasibətlərimizin əhəmiyyətindən və əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən iqtisadi potensialından danışdıq”, - səfir qeyd edib.
Azərbaycanın Latın Amerikası ölkələrindəki səfiri daha əvvəl Kolumbiyanın yeni Prezidentinin andiçmə mərasimində iştirak edib.
Kolumbiyada sol partiyaların “Tarixi Pakt” koalisiyasından ölkə Prezidenti seçilmiş Qustavo Petro avqustun 8-də dövlət başçısı səlahiyyətlərinin icrasına başlayıb.
O, Kolumbiyanın sol qüvvələrini təmsil edən ilk Prezidentdir. İyunun 19-da keçirilən seçkilərdə seçicilərin 50,4%-i Petroya səs verib. Onun əsas rəqibi “Korrupsiyaya qarşı Hökmdarlar liqası” siyasi hərəkatını təmsil edən Rodolfo Hernandes isə 47,3% səs toplayıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...