33 qəzetə maliyyə yardımı ayrıldı - SİYAHI

33 qəzetə maliyyə yardımı ayrıldı - SİYAHI
Siyasət 1105
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. BAKU.WSmodern.az-a istinadən xəbər verir ki, Fondun müşahidə şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.1. Fondun 2018-ci ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə sənədlərinin müzakirəsi və təsdiqi;2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş Azərbaycan Mətbuat Şurasının "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır" mövzusunda layihəsinin müzakirəsi və təsdiqi;3. Cari məsələlər.Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən Vüqar Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin I yarısında da Fond tərəfindən maliyyələşdirildiyini xatırladan icraçı direktor müsabiqədə yeni iştirak edən qəzetlərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.Sonra qəzetlərdən daxil olmuş sənədlər ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2018-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Azərbaycan Mətbuat Şurasının "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır" mövzusunda layihəsinin məqsədi mediamızın inkişafında xidmətləri olmuş veteran jurnalistlərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, onların sosial müdafiəsinin gücləndirilməsidir. İcraçı direktor qeyd edib ki, layihənin həyata keçirilməsi üçün 12.000 manat vəsaitin ayrılması təklif olunur.Müzakirələr zamanı Müşahidə Şurasının sədri Həsən Həsənov - sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, İntiqam Hümbətov, Bəhruz Quliyev, Rasim Həsənov və Ayaz Mirzəyev layihənin veteran jurnalistlərin sosial qayğılarının həlli baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Şura üzvləri layihənin maliyyələşdirilməsi üçün 12.000 manat məbləğində vəsaitin ayrılması təklifini yekdilliklə qəbul ediblər.Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.2018-ci ilin II yarısı üzrə layihələrinin maliyyələşdirilməsi təklif olunan qəzetlər və nəzərdə tutulan maliyyə vəsaiti:
1."Kaspi” qəzeti60 000
2."Yeni Azərbaycan” qəzeti60 000
3."Səs” qəzeti60 000
4."Mövqe” qəzeti60 000
5."Ədalət” qəzeti60 000
6."525-ci qəzet”60 000
7."Bakı-Xəbər” qəzeti60 000
8."Yeni Müsavat” qəzeti60 000
9."Kaspiy" qəzeti60 000
10."Ekspress” qəzeti60 000
11."Palitra” qəzeti60 000
12."Paralel” qəzeti40 000
13."Həftə içi” qəzeti40 000
14."Azad Azərbaycan” qəzeti40 000
15."Şərq” qəzeti40 000
16."Xalq Cəbhəsi” qəzeti40 000
17."Futbol+Qol” qəzeti40 000
18."Bizim Yol” qəzeti40 000
19."Olaylar” qəzeti40 000
20."Novoye Vremya” qəzeti30 000
21."Futbol+” qəzeti30 000
22."Üç Nöqtə” qəzeti30 000
23."Azernews” qəzeti30 000
24."Unikal” qəzeti20 000
25."Olimpiya Dünyası”qəzeti20 000
26."Oxu məni” qəzeti20 000
27."Hürriyyət" qəzeti20 000
28."Reytinq" qəzeti9 000
29."Təhsil Problemləri" qəzeti9 000
30."The Business Times" qəzeti9 000
31."Hərbi And" qəzeti9 000
32."Türküstan" qəzeti9 000
33."İqtisadiyyat" qəzeti9 000
CƏMİ33 Redaksiya1.234.000
BAKU.WS

Son xəbərlər