Azərbaycan səfiri BMT rəsmisi ilə Əfqanıstan üzrə Məskunlaşma Proqramının fəaliyyətini müzakirə edib
02
mar
2025
20:21
Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov BMT-nin Əfqanıstan üzrə Məskunlaşma Proqramının (UN-Habitat) başçısı Stefani Luzla dünya təşkilatının missiyasının fəaliyyətini müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə BMT nümayəndəsi sosial şəbəkədə yazıb.
"Səfirlə UN-Habitat işi ilə bağlı maraqlı və ilhamverici fikir mübadiləsinə görə təşəkkür edirəm. Daha çoxunu gözləyirik – diqqətimiz 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumundadır", – Luz qeyd edib.
Oxşar xəbərlər
Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir"
Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş, Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərinin silahlı hücuma məruz qaldığı təqdirdə özünümüd...