Azərbaycan Prezidentinin köməkçisi 12-ci Qlobal Bakı Forumundan yazdı
"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən 12-ci Qlobal Bakı Forumu uğurla yekunlaşıb".
BAKU.WS-in məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında belə yazıb.
O bildirib ki, Qlobal Bakı Forumu "özünü əsas qlobal problemlərin müzakirəsi üçün əhəmiyyətli beynəlxalq platforma" kimi təsdiq edib.
Azərbaycan Prezidentinin köməkçisi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə gələcək faəliyyətində uğurlar arzulayıb: "Bu münasibətlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradova, o cümlədən bütün komandaya və könüllülərə ürəkdən təbriklərimi çatdırıram. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəz onun humanizm fəlsəfəsini təcəssüm etdirir.
Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram".
Oxşar xəbərlər
Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Aznifah İsnariah Binti Abdul Ghaniyi qəbul edib. BAKU.WS xəbər...