Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
02
okt
2026
11:18
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
Bizim şanlı Zəfər qazandığımızı, bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin olmadığını və digər amilləri sadalayan dövlətimizin başçısı bunun (hərbi gücümüzün artırılması – red.) nə üçün lazım olduğuna aydınlıq gətirərək qeyd edib: "Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib".
Oxşar xəbərlər
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Tica...