Azərbaycan Ordusunun şəhid olan hərbçisi Gəncədə dəfn edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun şəhid olan əsgəri Novruz Haxverdiyev Gəncədə dəfn edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Haxverdiyev Novuz Əli oğlunun nəşi Daşkəsən rayonuna aparılıb.
Şəhidin doğulduğu Alunitdağ qəsəbəsində keçirilən vida mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.
Şəhid N.Haxverdiyev Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, N.Haxverdiyev Vətən müharibəsində itkin düşən hərbçilərdən idi.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Azərbaycan Ordusunun şəhid olan əsgəri Qusarda dəfn olunub - FOTO
Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Afiq Həsənov Qusarda dəfn edilib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsində Murov istiqamət...