Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub
18
mar
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun mövqeləri martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək fasilələrlə atəşə tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Oxşar xəbərlər
Qərbi Azərbaycanın yaddaş xəritəsi: Axta kəndinin tarixi
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, oradakı qə...