Azərbaycan ordusunun minaya düşən hərbiçisi dəfn olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlu bu gün doğulduğu Ağstafa rayonunun Pirili kəndində dəfn edilib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən ağır yaralanaraq komaya düşən hərbi qulluqçu müalicə aldığı xəstəxanada vəfat edib.
İ.Bayramov Ağstafa rayonunun Pirli kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin ötən ilin dekarbrın 30-da imzaladığı sərəncamla “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Qalereya
Oxşar xəbərlər
General Hikmət Mirzəyevin bu günə qədər aldığı orden və medallar - SİYAHI
Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəye...