Azərbaycan ordusu Ağdərədəki hərbi bazanı darmadağın edib - VİDEO

"Bu mənzərə bizdə qürur hissi yaratdı. Bu görüntülər onu göstərir ki, Azərbaycan ordusu müasir silahlarla təchiz olunub. Ordumuz həm gecə, həm də gündüz döyüş apara bilir".
BAKU.WS xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.
"Bu mənzərə bir daha Azərbaycan ordusunda peşəkar həbçilərin nəticələrini görməyə imkan verdi. Heç bir atəş boşa çıxmadı, Ağdərədəki qərargah və digər yerlər, o cümlədən hərbi baza darmadağın edildi.
Ordumuzun gündəlik döyüş hazırlığı, çətin təlimləri və digər məşğələləri döyüş vaxtı öz məharətini göstərə bilməsi üçün keçirilirdi. Biz indi bunun nəticəsini görürük. Biz sevinirik, düşmən isə qorxu içindədir", - deyə Şair Ramaldanov əlavə edib.
Oxşar xəbərlər
Ermənistan ordusunun atdığı raketlər buna görə partlamır - SƏBƏB
"Ermənistanın atdığı "Smerç" raketləri 30-35 il bundan qabaq istehsal olunan Rusiya silahlarıdır. Rusiya bir neçə il bundan öncə silah anbarlarını yenilədi. Həm...
